“Qarabağ” – “Nyukasl” matçı norveçli hakimə tapşırıldı

Bakıda “Qarabağ” və “Nyukasl” arasında keçiriləcək UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununu norveçli hakimlər idarə edəcək.

Komanda.az xəbər verir ki, oyunun baş hakimi Espen Eskos olacaq. Ona həmyerliləri Yan Erik Enqan və İsaak Elias Başevkin kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Siqurd Krinqstad yerinə yetirəcək.

VAR-da niderlandlı Rob Dyeperink, AVAR-da Dennis Hiqler əyləşəcəklər. Hakim-inspektor italiyalı Matteo Simone Trefoloni, UEFA nümayəndəsi litvalı İqnas Marçinkeviçyus olacaq.

Oyun fevralın 18-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək. Cavab qarşılaşması isə fevralın 24-də, saat 00:00-da İngiltərədə keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button