“Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlandı

Azərbaycan Premyer Liqasında 16-cı turun oyun cədvəli məlum olub.

Komanda.az xəbər verir ki, iki günü əhatə edəcək turun bütün görüşləri “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq.

Azərbaycan Premyer Liqası, 16-cı tur

7 fevral

Keşlə – Səbail
“ASK Arena”, 17:00

Sabah – Qəbələ
“Bank Respublika Arena”, 19:00

8 fevral

Sumqayıt – Zirə
Sumqayıt şəhər stadionu, 17:30

Qarabağ – Neftçi
Tofiq Bəhramov adına Respublika Stadionu, 20:00

Qeyd: Milli Məclisə seçkilərlə əlaqədar olaraq tur əvvəlcədən nəzərdə tutulduğu kimi 8-9 fevralda deyil, 7-8 fevralda keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button