“Qarabağ” məni təəccübləndirdi”

Şimali İrlandiyanın “Linfild” klubunun baş məşqçisi David Hili Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Azərbaycan çempionu “Qarabağ”a qarşı keçirəcəkləri oyunlarla bağlı fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, pley-offda “Qarabağ”la qarşılaşacaqlarını öyrənəndə buna təəccübləndiyini bildirib:

“Kiprdə APOEL-ə qalib gələn “Qarabağ”ın doğma meydanda uduzaraq mübarizəni dayandırması məni təəccübləndirdi. Bu komandalar arasındakı oyunları izləyərək özümüz üçün müəyyən nəticələr çıxarmışıq. Artıq “Vindzor Park”da keçirəcəyimiz ilk oyunu səbrsizliklə gözləyirik”.

Hili Azərbaycan millisi ilə bağlı xatirələrini də bölüşüb. Keçmiş hücumçu 2012-ci il dünya çempionatının seçmə mərhələsində Belfastda keçirilən və 1:1 hesabı ilə yekunlaşan Şimali İrlandiya – Azərbaycan oyununda vurduğu qoldan danışıb: “Karyeramda 36-cı və eyni zamanda sonuncu qolu Azərbaycan millisinə vurdum. Ümid edirəm ki, Azərbaycan klubuna qarşı da fərqlənməyi bacaracağıq”.

Avqustun 22-də keçiriləcək “Linfild” – “Qarabağ” matçına Bakı vaxtı ilə saat 22:30-da start veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button