“Qarabağ” mərhələni keçsə, məyus olmazdıq” – Kombuare

“Qələbəyə baxmayaraq, mərhələni “Qarabağ” da keçə bilərdi. Buna görə heç vaxt məyus olmazdıq”.

Komanda.az xəbər verir ki, bu sözləri Fransanın “Nant” klubunun baş məşqçisi Antuan Kombuare Yunanıstanda “Olimpiakos”a 2:0 hesabı ilə qalib gəldikləri UEFA Avropa Liqasının qrup mərhələsinin 6-cı tur matçından sonra mətbuat konfransında deyib.

O, bildirib ki, son tur öncəsi bütün diqqətləri öz oyunlarında olub:

“Bakıdakı oyunu düşünmürdük. Peşman olmamaq üçün qalib gəlmək istəyirdik. Əsas odur ki, qrupdan başımız dik çıxdıq”.

G qrupunda 2-ci pilləni tutan “Nant” Avropa Liqasının pley-off mərhələsində Çempionlar Liqasından gələn komandalardan biri ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button