“Qarabağ” keçmiş hücumçusu ilə maraqlanır

“Qarabağ” klubu sabiq futbolçusu Dino Ndlovu ilə maraqlanır.

Komanda.az “soccerladuma.co.za” saytına istinadən xəbər verir ki, 31 yaşlı hücumçu ilə Ağdam təmsilçisiylə yanaşı, Türkiyənin “Kocaelispor” klubu da yaxından maraqlanır. Türkiyə klubunun Ndlovuya 1 illik müqavilə təklif edəcəyi bildirilib.

“Kocaelispor” Ndlovudan başqa, rumıniyalı hücumçu Boqdan Stanku ilə də maraqlanır. 1-ci liqa təmsilçisi Stanku ilə razılaşsa, Dinonun transferindən imtina edəcək.

Ndlovu 2016-2018-ci illərdə “Qarabağ”da çıxış edib. O, 2018-ci ilin yanvarında Ağdam təmsilçisindən “Çjetszyan Qrintaun”a transfer olunub. Cənubi afrikalı hücumçu bir müddət əvvəl Çin klubu ilə yollarını ayırıb və hazırda azad agentdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button