“Qarabağ” kimi güclü rəqiblə qarşılaşacağımız üçün şadıq” – “Rakuv”un baş məşqçisi

Polşanın “Rakuv” klubunun baş məşqçisi David Şvarqa UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Qarabağ”la keçiriləcək oyundan öncə mətbuat konfransında iştirak edib.

Komanda.az xəbər verir ki, o, “Qarabağ”ın güclü tərəfləri barədə danışıb:

“Qarabağ”ın güclü tərəfləri çoxdur: yüksək pressinq, topla davranış, təkbətək mübarizə. Amma biz buna hazırıq”

33 yaşlı mütəxəssis mərhələ adlamaq üçün əllərindən gələni edəcəklərini deyib:

“Avrokuboklarda üstünlükləri və təcrübəsi böyük olan güclü rəqiblə qarşılaşacağımız üçün şadıq. “Qarabağ” uzun müddətdir ki, konkret oyun modelində fəaliyyət göstərir. Ancaq biz də “Rakuv”un əsl gücünü göstərməyə çalışacağıq. DNT-mizi, keyfiyyətimizi, güclü tərəflərimizi göstərmək istəyirik. İki oyunluq mərhələdə qalib gəlmək imkanımızın olacağına inanıram”.

Şvarqa yanvarda Antalyada “Qarabağ”la yoxlama görüşü keçirdiklərini və 3:0 hesablı qələbə qazandıqlarını xatırladıb:

“Qarabağ”la keçirdiyimiz yoxlama görüşü rəqibin keyfiyyətini görmək imkanı verdi. Təhlillərə ehtiyac var. Bu, nəticə çıxarmağa imkan verir. Meydanda rəqabət aparanda rəqib barədə tam təsəvvür yaranır”.

İyulun 26-da keçiriləcək “Rakuv” – “Qarabağ” matçı saat 22:15-də start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button