“Qarabağ” Gerye üçün nə qədər pul ödəyib?

“Qarabağ”ın Haiti millisinin futbolçusu Donald Gerye üçün Türkiyənin “Alanyaspor” klubuna ödədiyi məbləğ məlum olub.

Komanda.az xəbər verir ki, bu barədə “Milliyet” qəzetində Super Liqa təmsilçisinin son üç ildə oyunçu satışı qarşılığında əldə etdiyi gəlirlərdən bəhs edən yazısında bildirilib. Nəşrin məlumatına görə, Gerye 2017-ci ilin yayında Ağdam klubuna 800 min avro qarşılığında keçib.

Gerye “Qarabağ”ın qış toplanışına qoşulmadığı üçün əvəzedici komandaya göndərilib və 20 min dollar məbləğində cərimələnib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button