Qara Qarayev: “Siz daha çox qələbələrə layiqsiniz”

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Qara Qarayev DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Portuqaliyaya qarşı keçirdikləri oyunu izləməyə gəlmiş azarkeşlərə təşəkkürünü bildirib.

Komanda.az xəbər verir ki, o, bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.

“Qarabağ”ın futbolçusu paylaşımda bu sözləri qeyd edib: “Bütün azarkeşlərə təşəkkür edirəm. Heç şübhəsiz ki, siz daha çox qələbələrə layiqsiniz”.

Azərbaycan millisi Portuqaliyaya 0:3 hesabıyla məğlub olub. Oyundan sonra millimizin qapıçısı Şahruddin Məhəmmədəliyev və müdafiəçi Təmkin Xəlilzadə uğursuz nəticəyə azarkeşlərdən üzr istəyib.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button