
“Mançester Siti”nin yeni transferi bu gün tibbi müayinədən keçəcək
“Bornmut”un hücumçusu Antuan Semenyo “Mançester Siti”yə keçiddən əvvəl tibbi müayinədən keçəcək.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, müayinə proseduru bu günə planlaşdırılıb.
Tibbi yoxlamadan sonra 26 yaşlı vinger “şəhərlilər”lə müddəti 2031-ci ilin iyununa qədər olan müqavilə imzalayacaq. Klublar arasında bütün sənədlər artıq üç gün öncə razılaşdırılıb.
Qanalı futbolçu 2023-cü ilin yanvarından “Bornmut”da çıxış edir. O, cari Premyer Liqa mövsümündə 20 oyunda meydana çıxıb, 10 qol vurub və 3 məhsuldar ötürmə verib
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



