“Qalatasaray”ın futbolçusu rəsmən “Ayaks”da

“Qalatasaray”ın futbolçusu Rayan Babelin Niderland nəhəngi “Ayaks”a keçidi rəsmiləşib.

Komanda.az xəbər verir ki, bu transfer hər iki klubun rəsmi saytı vasitəsilə açıqlanıb.

33 yaşlı hücumçu 2019/20 mövsümünün qalan hissəsini icarə əsasında “Ayaks”da keçirəcək. Niderland klubu Babelin yarım mövsümlük icarəsi üçün “Qalatasaray”a 1 milyon 550 min avro ödəyəcək.

Bu mövsüm Super Liqada 15 oyunda 5 qol vuran Babelin “Qalatasaray”la müqaviləsi 2022-ci ilin yayına qədərdi. O, mövsümün əvvəlində İngiltərənin “Fulhem” klubundan transfer edilmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button