Premyer Liqa klubu “Qalatasaray”ın hücumçusuna “elçi düşdü”

“Qalatasaray”ın futbolçusu Mbaye Diane karyerasını İngiltərədə davam etdirə bilər.

Komanda.az xəbər verir ki, seneqallı hücumçu ilə “Vest Bromviç” klubu yaxından maraqlanır. Bu barədə “Mirror” nəşri məlumat yayıb. Premyer Liqa təmsilçisinin baş məşqçisi Sem Ellardays 29 yaşlı hücumçunu komandasında görmək istəyir.

“Vest Bromviç” Dianeni satınalma hüququ ilə birlikdə mövsümün sonuna qədər icarəyə götürmək istəyir.

Hücumçu bu mövsüm “Qalatasaray”la 19 oyunda 11 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button