Kosta rikalı hücumçu “Qalatasaray”a və “Fənərbaxça”ya təklif olunub

Moskva “Spartak”ının hücumçusu Manfred Uqalde yay transfer dönəmində komandanı tərk edə bilər.

Komanda.az “Metaratings”-ə istinadən xəbər verir ki, kosta rikalı forvardın nümayəndələri onun xidmətini Türkiyənin aparıcı klubları olan “Qalatasaray” və “Fənərbaxça”ya təklif ediblər.

Bildirilir ki, Türkiyə çempionatı Uqalde üçün karyerasını davam etdirmək baxımından əsas seçim deyil. Bununla belə, futbolçu “Spartak”dan ayrılaraq karyerasında növbəti addımı atmaq niyyətindədir. Hazırda onun agentləri hücumçu üçün yeni klub axtarışını davam etdirirlər.

Uqalde 2025/26 mövsümündə bütün turnirlərdə 38 oyunda meydana çıxıb, 8 qol vurub və 4 məhsuldar ötürmə verib.

“Transfermarkt” portalının məlumatına görə, 23 yaşlı hücumçunun dəyəri 12 milyon avro təşkil edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button