“Sivasspor”la “Ankaragücü”dən qələbə

Türkiyə Super Liqasında 21-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, açılış oyununda “Fənərbaxça” “Kayserispor”la qarşılaşıb. Meydan sahibləri bu görüşdə minimal hesabla qalib gəliblər.

Şənbə günü daha üç görüş baş tutub. Lider “Başakşəhər” doğma meydanda “Ərzurumspor”la oyundan xal itkisi ilə ayrılıb. “Rizəspor” – “Antalyaspor” matçında da qalib müəyyənləşməyib. “Beşiktaş” isə “Bursaspor”la ev oyununda inamlı qələbəyə sevinib.

Bazar günü baş tutan “Konyaspor” – “Ərzurumspor” görüşündə qalib müəyyənləşib. Beş qolun qeydə alındığı “Göztəpə” – “Alanyaspor” matçında meydan sahibləri qələbə qazanan tərəf olub. “Qalatasaray” isə “Trabzonspor”la üz-üzə gəlib. İstanbul təmsilçisi bu matçdan inamlı qələbə ilə ayrılıb.

Son oyun günündə iki görüş baş tutub. “Ankaragücü” doğma meydanda “Kasımpaşa”nı darmadağın edib. “Sivasspor” isə “Akhisarspor”u məğlub yola salıb.

Türkiyə Super Liqası, 21-ci tur

8 fevral

Kayserispor – Fənərbaxça 1:0
Qol: Kravets, 87.

9 fevral

Başakşəhər – Ərzurumspor 1:1
Qol: Opset, 11-öz qapısına – E.Korkmaz, 75.

Rizəspor – Antalyaspor 1:1
Qol: Muriqi, 6 – M.Erdinc, 68.

Beşiktaş – Bursaspor 2:0
Qol: B.Yılmaz, 40; 62.

10 fevral

Konyaspor – Yeni Malatyaspor 1:1
Qol: Yahoviç, 85-pen – Aleksiç, 74.

Göztəpə – Alanyaspor 3:2
Qol: D.Kadah, 21. Borges, 32. N.Gilas, 90 – Tsavellas, 43. Sisse, 75.

Qalatasaray – Trabzonspor 3:1
Qol: Diane, 21-pen. Belhanda, 45; 51 – Rodalleqa, 30.

11 fevral

Ankaragücü – Kasımpaşa 3:0

Qol: Orgill, 33. Saçko, 46. İ.Parlak, 86.

Sivasspor – Akhisarspor 2:1
Qol: Kone, 5; 60-pen – Josue, 88-pen.

Bombardir: Mbaye Diane (Qalatasaray) – 21 qol.