“Konyaspor” doğma meydanda uduzdu

Türkiyə Super Liqasında 8-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, tura “Qalatasaray” – “Sivasspor” matçıyla start verilib. Beş qolun qeydə alındığı matç İstanbul təmsilçisinin çətin qələbəsi ilə başa çatıb.

Səfərdə “Antalyaspor”la qarşılaşan “Gənclərbirliyi” rəqibini 6 cavabsız qolla məğlub edib.

“Başakşəhər” doğma meydanda “Göztəpə”ni çətinliklə məğlub edib. “Trabzonspor” isə “Qaziantep”lə ev oyununda asan qələbəyə sevinib. “Beşiktaş” “Ankaragücü”nün qonağı olub. Cari mövsümdə uğursuz təsir bağışlayan İstanbul təmsilçisi bu dəfə də xal itkisi ilə üzləşib.

“Fənərbaxça” bu turda səfərdə “Dənizlispor”la qarşılaşıb. İstanbul klubu səfərdən çətin qələbəylə dönüb. “Alanyaspor” “Rizəspor”la ev oyununda darmadağına sevinib. “Kayserispor” – “Kasımpaşa” matçında isə qalib müəyyənləşməyib.

Son oyun günündə “Konyaspor” doğma meydanda “Yeni Malatyaspor”a məğlub olub.

Türkiyə Super Liqası, 8-ci tur

18 oktyabr

Qalatasaray – Sivasspor 3:2
Qol
: Andone, 21; 42-pen. Babel, 74 – Kone, 69. E.Yeşilyurt, 84.

19 oktyabr

Antalyaspor – Gənclərbirliyi 0:6
Qol
: Kandeyas, 1; 21; 37. Sio, 13; 42. Stanku, 57.

Başakşəhər – Göztəpə 2:1
Qol
: Gulbrandsen, 11. Şkrtel, 90+1 – S.Aydoğdu, 64.

Trabzonspor – Qaziantep 4:1
Qol
: Starric, 9. Sorlot, 14. Sosa, 76. Y.Sarı, 81 – Cefferson, 54.

Ankaragücü – Beşiktaş 0:0

20 oktyabr

Kayserispor – Kasımpaşa 1:1
Qol
: P.Enrike, 56 – M.Tiam, 6.

Alanyaspor – Rizəspor 5:2
Qol
: C.Gülselam, 16. Sisse, 29; 75. Bakasetas, 51. Fernandes, 70 – Boldrin, 66; 73

Dənizlispor – Fənərbaxça 1:2
Qol
: Estupinan, 73 – T.Cigerci, 39. Muriqi, 62.

21 oktyabr

Konyaspor – Yeni Malatyaspor 0:2
Qol
: Gilyerme, 4. R.Yalçın, 53.

Bombardir: Papiss Sisse (Alanyaspor) – 9 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button