“Qalatasaray”ın yeni transferi “Neftçi”ylə oyunu buraxacaq

“Qalatasaray” klubunun yeni transferi Oqenekaro Etebo Avropa Liqasının 2-ci təsnifat mərhələsinin “Neftçi”ylə matçında iştirak etməyəcək.

Komanda.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Xəbərdə, nigeriyalı hücumçunun fiziki durumunun istənilən səviyyədə olmadığı və buna görə də 10 gün müddətində xüsusi məşq proqramıyla çalışacağı bildirilib. Fiziki durumu yaxşı olmayan Etebo, bu səbəbdən də “Neftçi” ilə matçda iştirak etməyəcək.

“Neftçi” – “Qalatasaray” oyunu sentyabrın 17-də keçiriləcək.

“Qalatasaray” Etebonu “Stok Siti”dən icarəyə götürüb.