Tokio-2020: Braziliya millisinin üzvü tarixə düşdü

Qadınlardan ibarət Braziliya millisinin futbolçusu Marta da Silva Tokio-2020 Yay Olimpiya Oyunlarında yeni uğura imza atıb.

Komanda.az xəbər verir ki, 35 yaşlı hücumçu buna F qrupunda Çin yığmasını 5:0 hesabı ilə məğlub etdikləri matçda nail olub. Belə ki, sözügedən qarşılaşmada iki qol vuran Marta, ardıcıl 5-ci olimpiadada qol vuran ilk futbolçu kimi tarixə düşüb.

35 yaşlı hücumçu 2004, 2008, 2012 və 2016-cı illərdəki olimpiadalarda da qol vurmağı bacarıb.