“Qəbələ”nin daha bir sabiq futbolçusu Ukrayna klubunda

“Qəbələ”nin sabiq futbolçusu Aleksey Qay məşqçiliyə başlayıb.

Komanda.az xəbər verir ki, 38 yaşlı mütəxəssis Ukraynanın “Çernomorets” komandasında məşqçi kimi çalışacaq. Qay, baş məşqçi Aleksey Antonovun köməkçisi təyin olunub.

Aleksey Qay 2013-2015-ci illərdə “Çernomorets”də, 2015/16 mövsümündə isə Antonovla birlikdə “Qəbələ”də çıxış edib.

Antonov bir neçə gün əvvəl “Çernomorets” komandasına baş məşqçi təyin olunub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button