“Qəbələ”nin oyununun vaxtı dəyişdirildi

Əvəzedicilər Liqasında oktyabrın 2-də keçirilməli olan 8-ci turun “Kəpəz-2” – “Qəbələ-2” oyunu “Qəbələ”nin 19 yaşlılardan ibarət komandasının UEFA Gənclər Liqasındakı görüşünə daha yaxşı hazırlaşa bilməsi məqsədilə sentyabrın 30-da baş tutacaq.

Komanda.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Qərar “Qəbələ” klubunun müraciəti, “Kəpəz” klubunun razılığı ilə Peşəkar Futbol Liqası tərəfindən qəbul olunub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button