“Qəbələ”lilər məktəblilərlə görüşdü

Bu gün Qəbələ şəhər 1 saylı orta məktəbdə “Qəbələ”nin media və marketinq departamentinin rəhbəri Səməd Nəsibov, cüdo idman növü üzrə “Qəbələ” bölməsinin baş məşqçisi Rail İsmayılov, fəal azarkeş Nəriman Mahmudzadə, komandanın kapitanı Cavid Hüseynov və gənc futbolçu Amin Seydiyevin iştirakı ilə şagirdlərlə görüş keçirilib.

Komanda.az klubun sosial şəbəkə hesabına istinadən xəbər verir ki, görüş zamanı çıxış edən Səməd Nəsibov, Rail İsmayılov və Cavid Hüseynov məktəbliləri “Qəbələ”nin yanında olmağa, onu dəstəkləməyə çağırıblar.

Ardınca şagirdlər arasında klub barədə suallardan təşkil olunmuş müsabiqə keçirilib. Müsabiqənin qaliblərinə Cavid Hüseynov və Amin Seydiyevin imzalı forması və digər hədiyyələr təqdim olunub. 

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button