“Qəbələ”nin 2 rəqibi bilindi

“Qəbələ” sabah 2019-2020-ci illər mövsümünün ikinci yarısının hazırlığına start verəcək.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” Bakıda bir araya gələcək. Elmar Baxşıyevin rəhbərliyi altında keçiriləcək 2020-ci ilin ilk məşqi günün ikinci yarısında gerçəkləşəcək. Komanda üzvləri Bakı Olimpiya stadionunda məşq edəcək.

Hazırlıq prosesinin paytaxtda olacaq ilk mərhələsi yanvarın 11-də yekunlaşacaq. Bakı toplanışı çərçivəsində yoxlama oyununun keçirilməsi də nəzərdə tutulub.

“Qəbələ” ayın 12-də Türkiyəyə yollanacaq. Komanda Antalyanın Lara bölgəsindəki “Trend” otelində məskunlaşacaq. Qonşu ölkədə gerçəkləşəcək 2 həftəlik hazırlıq çərçivəsində 4 yoxlama matçı keçiriləcək. Yanvarın 14-də “qırmızı-qaralar” Macarıstanın MTK klubu ilə görüşəcək. Dörd gün sonra keçiriləcək ikinci oyunda rəqib Rusiya təmsilçisi “Çayka” olacaq. Ayın 21-də və 25-də keçiriləcək digər iki qarşılaşmadakı rəqiblər dəqiqləşməyib. 

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button