“Qəbələ” “Qarabağ”la matça 3 itki ilə hazırlaşır

“Qəbələ” Premyer Liqanın 7-ci turunun sabah keçiriləcək oyununda “Qarabağ”la qarşılaşacaq.

Komanda.az xəbər verir ki, ev görüşünün hazırlığında “qırmızı-qaralar”ın üç futbolçusu iştirak etmir. 6-cı turun “Turan Tovuz”la səfər qarşılaşmasında (2:2) zədə aldığı üçün əvəzlənən Urfan Abbasov müalicəsini davam etdirir. Asif Məmmədov və Feras Abu Akal isə bərpa prosesi keçir.

Sabah Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Qarabağ” oyunu saat 19:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button