“Qəbələ” ilə “Zirə”nin 33-cü dueli

Bu həftə Azərbaycan Premyer Liqasında 29-cu turun oyunları keçiriləcək.

Komanda.az xəbər verir ki, turun ilk günündə meydana çıxacaq “Qəbələ” “Zirə” ilə qarşılaşacaq.

Qarşılaşma Qəbələ şəhər stadionunda təşkil olunacaq. Bu, iki komanda arasında 33-cü duel olacaq. İndiyədək rəqiblər 32 dəfə görüşüb. 12 qələbə qazanan “Qəbələ” 14 heç-heçə edib və 6 dəfə məğlub olub. Rəqib qapısına 43 qol vuran “qırmızı-qaralar” 28 top buraxıb. “Qəbələ”nin bu oyunlarda ən yaxşı bombardiri 4 qol vuran Aleksey Qaydır. Ülvi İsgəndərovun hesabında üç top var.

İndiyədək keçirilən 32 görüşdən 30-u çempionat, 2-si kubok çərçivəsində keçirilib. Premyer Liqada 10 dəfə qalib gələn “Qəbələ” 14 matçdan 1 xalla ayrılıb. Digər 6 matçda Bakı klubu qələbə qazanıb. Bu oyunlarda 36 qol vuran “qırmızı-qaralar” 26 top buraxıb.

“Qəbələ” 16-cı dəfə “Zirə”ni öz meydanında qəbul edəcək. 6 qələbəsi olan meydan sahibləri 8 sülhə imza atıb və yalnız 1 dəfə uduzub. Doğma divarlar arasında 20 qol vuran komanda 10 top buraxıb.

Xatırladaq ki, aprelin 7-də Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Zirə” matçına saat 17:00-da start veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button