“Qəbələ” Fransa klubları ilə bacarmadı

“Qəbələ”nin 17 yaşadək futbolçulardan ibarət komandasının iştirak etdiyi “Snaf Mondial Cup”da qrup mərhələsinin oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Fransanın San Nazer şəhərində təşkil olunan yarışda mübarizə aparan 16 komanda 4 qrupda dairəvi sistemlə qüvvəsini sınayıb.

A qrupunda çıxış edən “qırmızı-qaralar” üç oyun keçirib. Zaur Hacıyevin baş məşqçisi olduğu U-17 “Monako”ya 0:3, “Anje” (hər ikisi Fransa) və “Benfika”ya (Portuqaliya) eyni – 0:1 hesabı ilə uduzublar.

Komanda qrup mərhələsini dördüncü yerdə tamamlayıb. “Qəbələ” 9-16-cı yerlər uğrunda olimpiya sistemi ilə mübarizə aparacaq. “Qırmızı-qaralar”ın buradakı rəqibləri Fransa təmsilçiləri “Tuluza”, “Monako”, “Snaf”, “Brest”, “Vertu”, Serbiyanın “Zvezda” və Meksikanın “Amerika” klubları olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button