Xavi koronavirusa qalib gəldi

Qətərin “Əl Sədd” klubunun baş məşqçisi Xavi koronavirusa qalib gəlib.

Komanda.az xəbər verir ki, bu barədə ispaniyalı mütəxəssis “instagram” hesabından paylaşım edib. 40 yaşlı baş məşqçi sosial şəbəkə hesabı vasitəsilə sağaldığını bildirib və ona dəstək olan azarkeşlərə təşəkkür edib.

Xavi, ayın 25-də virusa yoluxduğunu açıqlamışdı.