Qərb derbisinin biletləri satışa çıxarıldı

Üç oyunluq fasilədən sonra yenidən doğma azarkeşləri önünə çıxacaq “Turan Tovuz” Qərb derbisində “Kəpəz”lə üz-üzə gələcək.

Komanda.az xəbər verir ki, Premyer Liqanın 6-cı turu çərçivəsində baş tutacaq bu oyun 9 sentyabrda Tovuz şəhər stadionunda baş tutacaq.

Artıq oyunun biletləri satışa çıxıb. Tovuz klubunun yaydığı məlumata görə, biletin qiyməti 2 AZN təşkil edir. Biletləri bu gündən etibarən stadionun kassalarından əldə etmək mümkündür.

Bununla yanaşı, 59 AZN ödəməklə mövsümi bilet də əldə etmək və “Turan Tovuz”un bütün ev oyunlarını (Azərbaycan Premyer Liqası, Azərbaycan kuboku, yoldaşlıq oyunları) stadionun ən yaxşı yerlərinin birindən izləmək imkanı da əldə etmək mümkündür. Mövsümi bilet əldə edən şəxslərə klubun atributları da təqdim olunacaq.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button