Qələbəni övladları ilə qeyd edən Spaletti

“Napoli”nin baş məşqçisi Luçano Spaletti İtaliya A Seriyasının 18-ci turunun “Yuventus” ilə oyunundan sonra (5:1) fikirlərini bölüşüb.

Komanda.az “Football Italia”-ya istinadən xəbər verir ki, o, övladları haqda danışıb:

“Övladlarım Milan şəhərindən oyuna baxmaq üçün gəlmişdilər. Mən onlarla nahar edəcəyəm”.

Oyundan öncə baş tutan mətbuat konfransında “Yuventus”un çalışdırıcısı Massimiliano Alleqri və “Napoli”nin “sükanı arxasında” olan Luçano Spaletti arasında gərginlik yaşanıb. Lakin matçın final fitindən sonra Spaletti Alleqrinin əlini sıxıb.

Hazırda neapollular 47 xalla İtaliya A Seriyasının turnir cədvəlinə başçılıq edir. “Qoca sinyora” isə 37 xalla üçüncü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button