PSJ üçün Parisə getdi

“Benfika”nın hücumçusu Qonsalo Ramos tezliklə PSJ-yə keçəcək.

Komanda.az “FootMercato”-ya istinadən xəbər verir ki, 22 yaşlı portuqaliyalı futbolçu artıq Parisə gedib və o, klubla müqavilə imzalamalıdır.

Daha əvvəl transferin PSJ-yə 80 milyon avroya başa gələcəyi bildirilirdi.

Ramos ötən mövsüm bütün turnirlərdə 47 matçda 27 qol vurub və 12 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button