PSJ-dən darmadağın

Fransa Liqa 1-də 18-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, turun açılış oyununda “Lill” və “Monpelye” komandaları üz-üzə gəlib. Üç qolun qeydə alındığı matç meydan sahiblərinin qələbəsiylə başa çatıb.

Şənbə günü daha altı qarşılaşma baş tutub. “Mets” – “Marsel” və “Amyen” – “Dijon” matçlarında tərəflər hərəyə 1 qolla 1 xala sahib çıxıb. “Anje” – “Monako” və “Brest” – “Nitsa” matçlarında qapılara qol vurulmayıb. “Nim” evdə “Nant”a, “Tuluza” isə “Reyms”ə məğlub olub.

Lider PSJ “Sent-Etyen”i sınağa çəkib və darmadağına sevinib. “Lion” isə “Renn”i qəbul edib və minimal hesabla məğlub olub.

Fransa Liqa 1, 18-ci tur

13 dekabr

Lill – Monpelye 2:1
Qol
: İkone, 40-pen. Sançes, 84 – Delor, 74.

14 dekabr

Mets – Marsel 1:1
Qol
: Nquette, 40 – Radonyiç, 70.

Amyen – Dijon 1:1
Qol
: Konate, 28 – Kadis, 19.

Anje – Monako 0:0

Brest – Nitsa 0:0

Nim – Nant 0:1
Qol
: Louza, 28.

Tuluza – Reyms 0:1
Qol
: Oudin, 9.

15 dekabr

Bordo – Strasburq 0:1
Qol
: Ayorke, 11.

Lion – Renn 0:1
Qol
: Kamavinqa, 89.

Sent-Etyen – PSJ 0:4
Qol
: Paredes, 9. Mbappe, 43; 89. İkardi, 72.

Bombardir: Vissam Ben Yedder – 11 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button