PSJ-nin italiyalı futbolçu ilə bağlı planı

PSJ klubu icarə əsasında komandada çıxış edən müdafiəçi Alessandro Florensinin transfer hüquqlarını almaq istəyir.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, Paris klubu müqavilə ilə “Roma”ya məxsus olan futbolçunun çıxışından razıdır. Bu səbəblə, PSJ onun transfer haqlarını almaq niyyətindədir. Məlumata görə, klub bu məqsədlə “Roma”ya 9 milyon avro ödəmək niyyətindədir. Parislilərin 29 yaşlı futbolçuya 4 illik müqavilə təklif etməyi planlaşdırdığı bildirilir.

Futbolçunun müqaviləsində birdəfəlik transfer etmək maddəsi var.

İtaliyalı futbolçunun “Roma”yla müqaviləsi 2023-cü ilin iyununda başa çatacaq.