PSJ-dən inamlı qələbə

Futbol üzrə Fransa çempionatında 5-ci tura start verilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub. Son turda “Marsel” səfərindən bir xalla qayıdan “Lill”, bu dəfə “Nant”la qarşılaşıb. Meydan sahibləri bu görüşdən inamlı qələbə ilə ayrılıblar.

Lider “Sent-Etyen” “Renn”lə qarşılaşıb. Bu görüşdə meydan sahibləri böyük hesabla məğlub olublar. Günün digər oyununda isə Marsel “Olimpik”i evdə “Mets”ə məğlubiyyətdən son anda xilas olub.

“Bordo” – “Nitsa”, “Nim” – “Lans”, “Dijon” – “Monpelye” və “Loryan” – “Lion” oyunlarında qalib müəyyənləşməyib. “Monako” “Strasburq”u, “Anje” “Brest”i məğlub yola salıb. Səfərdə “Reyms”lə qarşılaşan PSJ də turu qələbəylə başa vurub.

Fransa Liqa 1, 5-ci tur

25 sentyabr

Lill – Nant 2:0
Qol
: Pallua, 43-öz qapısına. B.Yılmaz, 87-pen.

26 sentyabr

Sent-Etyen – Renn 0:3
Qol
: Agerd, 33. Jirassi, 52. Hunu, 89.

Marsel – Mets 1:1
Qol
: Sanson, 90+5 – Niane, 71.

27 sentyabr

Bordo – Nitsa 0:0

Anje – Brest 3:2
Qol
: Tioub, 22. Traore, 78. Fulqini, 80 – Munye, 3-pen. Karbonye, 32.

Dijon – Monpelye 2:2
Qol
: Dina, 8. Ekuele, 60 – Delor, Savanye, 90-pen.

Monako – Strasburq 3:2
Qol
: Ben Yedder, 9; 53. Aquilar, 45+1 – Çahiri, 46. Ayorke, 70-pen.

Nim – Lans 1:1
Qol
: Z.Ferhat, 87 – Qanaqo, 34.

Loryan – Lion 1:1
Qol
: Vissa, 63 – Dubo, 74.

Reyms – PSJ 0:2
Qol
: İkardi, 9; 62.

Bombardir: Memfis Depay (Lion) – 4 qol.