PSJ portuqaliyalı üçün 70 milyon avro təklif etdi

PSJ “Milan”ın hücumçusu Rafael Leao ilə maraqlanır.

Komanda.az “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, Paris klubu futbolçunun transferi üçün 70 milyon avro təklif edib. Portuqaliyalı futbolçunun özünə isə illik 6 milyon avro maaş təklif olunur.

Amma nə “Milan” rəhbərliyi, nə də Leaonun özü bu transferdə maraqlı deyil. Yekun qərar yaxın günlərdə veriləcək.

22 yaşlı hücumçu bu mövsüm A Seriyasında 25 oyuna çıxıb, 8 qol vurub və 3 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button