PSJ mərakeşli futbolçunun transferindən vaz keçib

PSJ “Lill”in və Mərakeş millisinin yarımmüdafiəçisi Ayyub Buaddinin transferi uğrunda mübarizədən imtina edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 18 yaşlı futbolçuya maraq Mərakeş millisinin DÇ-2026-da 1/4 finala yüksəlməsindən sonra daha da artıb. Ancaq Paris təmsilçisi bu yay Buaddini transfer etmək üçün addım atmayacaq. Buna səbəb “Lill”in yarımmüdafiəçi üçün təxminən 100 milyon avro tələb etməsidir. Bu məbləğ Çempionlar Liqasının son qalibini qane etmir.

Mərakeşli futbolçuya əsas namizədlərdən biri “Mançester Siti”dir. “Şəhərlilər” yaxın vaxtlarda onun transferi ilə bağlı konkret danışıqlara başlamağı planlaşdırır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button