Fransa klubu Olise üçün mübarizə aparmayacaq

PSJ “Bayern”in hücumçusu Maykl Olisenin transferi uğrunda mübarizəyə qoşulmayacaq.

Komanda.az “Ekip”-ə istinadən xəbər verir ki, fransalı futbolçu bu yay Münhen təmsilçisini tərk edə bilər. Ona əsas namizəd isə “Real” hesab olunur.

PSJ maliyyə baxımından bu transferi reallaşdırmaq imkanına malik olsa da, klub rəhbərliyi daha münasib qiymətə oxşar xüsusiyyətlərə malik futbolçulara üstünlük verir. Paris təmsilçisinin əsas transfer hədəfləri “Monako”nun yarımmüdafiəçisi Maqnes Akliuş və “Leyptsiq”in futbolçusu Yan Diomandedir.

“Transfermarkt” portalının qiymətləndirməsinə görə, Akliuşun bazar dəyəri 50, Diomandenin isə 90 milyon avrodur. Olisenin transfer dəyəri isə 150 milyon avro olaraq göstərilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button