“Monako” “Marsel”ə səfərdə qalib gəldi

Futbol üzrə Fransa çempionatında 27-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.

Turun açılış matçında “Loryan” və “Lion” kollektivləri üz-üzə gəliblər. Məhsuldar alınan qarşılaşma qonaqların qələbəsiylə başa çatıb.

PSJ “Nitsa”nın qonağı olub. Maraqlıdır ki, Paris klubu bu mövsüm iki dəfə qarşılaşdığı “qartallar”i məğlub edə bilməmişdi. Hətta bu oyunlardan birində “Nitsa” paytaxt komandasını kubokda mübarizədən kənarlaşdırmağı bacarmışdı. Bu oyunda da PSJ məğlubiyyətlə üzləşib. Günün digər matçında isə “Lans” doğma meydanda “Brest”ə minimal hesabla uduzub.

Turun əksər görüşləri sonuncu oyun gününə təsadüf edib. “Reyms” – “Strasburq” matçında qalib müəyyənləşməyib. “Sent-Etyen” “Mets”i, “Nant” “Monpelye”ni, “Renn” isə “Anje”ni məğlub yola salıb. Son çempion “Lill” də “Klermon”la ev oyununda darmadağına sevinib.

“Bordo” doğma meydanda “Trua”ya uduzub. Marsel “Olimpik”i isə “Monako” ilə görüşdən məğlubiyyətlə ayrılıb.

Fransa Liqa 1, 27-ci tur

4 mart

Loryan – Lion 1:4
Qol
: Moffi, 57 – Fevr, 5; 78. Dembele, 26. Ekambi, 59.

5 mart

Lans – Brest 0:1
Qol
: Honorat, 59.

Nitsa – PSJ 1:0
Qol
: Delor, 88.

6 mart

Sent-Etyen – Mets 1:0
Qol
: Bouanqa, 52.

Bordo – Trua 0:2
Qol
: Pussin, 28-öz qapısına. Motiba, 87-pen.

Nant – Monpelye 2:0
Qol
: Muani, 69. Gebbels, 90+2.

Reyms – Strasburq 1:1
Qol
: Kayuste, 84 – Bellaqar, 69.

Renn – Anje 2:0
Qol
: Buriqe, 33. Laborde, 87.

Lill – Klermon 4:0
Qol
: Bamba, 3. David, 71. Z.Çelik, 84. Jerqova, 90.

Marsel – Monako 0:1
Qol
: Martins, 58.

Bombardir: Vissam Ben Yedder (Monako), Kilian Mbappe (PSJ) – 15 qol.
Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button