PSJ-nin keçmiş futbolçusu Parisə qayıdır

PSJ-nin sabiq futbolçusu, hazırda azad agent olan Jeremi Menez yenidən Fransaya qayıda bilər.

Komanda.az xəbər verir ki, 32 yaşlı hücumçu ilə “Paris” klubu yaxından maraqlanır. Bu barədə Fransa mətbuatı məlumat yayıb. Tərəflər illik məvacibdə razılaşacağı halda, Menez Liqa 2-də mübarizə aparacaq.

“Soşo”nun yetirməsi olan Menez, “Monako”, “Roma”, PSJ, “Milan” kimi klublarda forma geyinib. Hazırda azad agent olan hücumçunun son iş yeri Meksika “Amerika”sı olub.

Menez 24 dəfə formasını geyindiyi Fransa millisində 2 qol vurub.