
PSJ-nin futbolçusu sıradan çıxıb
Fransanın PSJ klubunun futbolçusu Nuno Mendes zədələnib.
Komanda.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
O, UEFA Çempionlar Liqasının 5-ci turunda “Tottenhem”ə (İngiltərə) qarşı matçda sağ budundan zədə alıb.
23 yaşlı müdafiəçi PSJ-nin ölkə çempionatının 14-cü turunda “Monako”ya qarşı keçirəcəyi matçda meydana çıxa bilməyəcək.
Mendes cari mövsüm 16 oyunda iştirak edib, 4 qol vurub və 4 assist edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



