Ramosdan Messi və Neymara “bəy tərifi”

PSJ-nin futbolçusu Serxio Ramos açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 35 yaşlı müdafiəçi, Lionel Messi və Neymarla münasibətləri haqda fikirlərini bildirib:

“Mən hər zaman ən yaxşılarla oynamağı sevirəm. Messi də dünyanın ən yaxşılarından biridir. Ona hər zaman komandamda yer olacaq.

Neymarın “Barselona”da, mənim “Real”da oynamağıma baxmayaraq, Neymarla yaxşı münasibətlərim var. O, PSJ-yə gəlməyim üçün çoxlu mesajlar yazırdı. Onun bu davranışını yüksək qiymətləndirirəm”.

Ramos PSJ ilə 2 illik müqavilə imzalayıb.