İcarəyə götürdüyü “Lamborgini”ylə qəzaya düşdü – PSJ-nin futbolçusu FOTO

PSJ-nin futbolçusu Marçin Bulka avtomobil qəzası keçirib.

Komanda.az xəbər verir ki, bu barədə Polşa mətbuatı məlumat yayıb. 20 yaşlı qapıçı “Lamborgini” markalı avtomobiliylə qəza keçirib. O, yolun qarşı tərəfindən gələn “Hyundai” markalı avtomobillə toqquşub. “Hyundai”dəki şəxslər dərhal xəstəxanaya çatdırılıb. Bulkanın vəziyyəti isə yaxşıdır.

224 min avro dəyəri olan “Lamborgini”yə ciddi ziyan dəyib. Polşa mətbuatının xəbərinə görə, maşın Bulkaya məxsus deyil və icarəyə götürülüb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button