Messi “qızıl top”a namizədlərdən danışdı

PSJ-nin futbolçusu Lionel Messi açıqlama verib.

Komanda.az xəbər verir ki, argentinalı hücumçu, “qızıl top”a namizədlər haqda fikirlərini bildirib:

“Komanda yoldaşlarımdan Kilian Mbappe və Neymara səs verə bilərəm. Onlar yaxşı mövsüm keçirdilər, fərdi olaraq da möhtəşəm göstəricilərə imza atıblar.

Robert Levandovski də favoritlərdəndir. Əla mövsüm keçirib.

Bundan başqa, Kərim Benzemanın adını qeyd etmək olar. Düşünürəm ki, onun üçün yaxşı il oldu”.