“Mbappe PSJ ilə danışıqlar aparır və hər şey qaydasında gedir”

PSJ-nin futbolçusu Kilian Mbappenin anası Fayza Lamari açıqlama verib.

Komanda.az xəbər verir ki, “Le Parisien” nəşrinə danışan Lamari, oğlunun Paris klubu ilə danışıqlar apardığını deyib:

“Mbappe PSJ ilə danışıqlar aparır və hər şey qaydasında gedir. Hətta bazar ertəsi özüm klubun idman direktoru Leonardo ilə görüşdüm. Nəticə olacaqmı? Görək.

Dəqiq olan bir şey var – Mbappe Çempionlar Liqasını qazanmaq üçün sona qədər mübarizə aparacaq”.

Mbappe bir müddət əvvəl Fransa mətbuatına müsahibəsində yayda PSJ-dən ayrılmaq üçün klub rəhbərliyinə müraciət etdiyini etiraf etmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button