Mbappe: “O, dünyanın ən yaxşı sağ cinah müdafiəçisidir”

PSJ-nin futbolçusu Kilian Mbappe komanda yoldaşı Əşrəf Hakimini dünyanın ən yaxşı sağ cinah müdafiəçisi adlandırıb.

Komanda.az xəbər verir ki, bununla bağlı Mbappe “tvitter” hesabında paylaşım edib. O, Afrika Millətlər kubokunun 1/8 final mərhələsi çərçivəsində keçirilən Mərakeş – Malavi (2:1) matçında komandasına qələbə qazandıran qolu vuran Hakimi ilə bağlı bunları qeyd edib:

“Əşrəf Hakimi dünyanın ən yaxşı sağ cinah müdafiəçisidir”.