Premyer Liqa klubu PSJ-nin forvardı üçün danışıqlara başlayıb

PSJ-nin hücumçusu Huqo Ekitike karyerasını İngiltərədə davam etdirə bilər.

Komanda.az “Evening Standard”-a istinadən xəbər verir ki, “Kristal Pelas” bunun üçün Paris klubu ilə danışıqlara başlayıb. Londonlular 21 yaşlı futbolçunu qış transfer pəncərəsində icarəyə götürməyi planlaşdırırlar.

Ekitike “Zenit”in də transfer siyahısındadır. PSJ Ekitike və müdafiəçi Layvin Kurzava ilə bu qış yollarını ayrılmaq istəyir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button