“Baş məşqçilik etmək asan iş deyil” – Poçettino

PSJ-nin baş məşqçisi Maurisio Poçettino açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, argentinalı mütəxəssis, Paris klubunda yaşadığı problemlərdən danışıb:

“Mən və köməkçilərim futbolçularla yanaşı, onların həyatı, ailələri, fanatları haqda maraqlanırıq. Bu vəziyyət göründüyü kimi asan deyil. Hər kəs bir futbolçunun ailəsində problem olduğunu, bir futbolçunun uyğunlaşa bilmədiyini, bir futbolçunun komanda üçün problem olduğunu deyir. Klubda baş məşqçidən başqa adam yoxdur? Baş məşqçilik etmək asan iş deyil”.