Messi və Neymar kənarda qaldı

PSJ klubu Liqa 1-in 5-ci turunda “Klermon”la qarşılaşacaq.

Komanda.az xəbər verir ki, Paris təmsilçisində Lionel Messi və Neymar sözügedən oyunu buraxacaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Neymar Braziliya, Messi isə Argentina milli komandası ilə iki gün əvvəl DÇ-2022-nin seçmə mərhələ oyunlarında iştirak edib. Bu səbəbdən futbolçular “Klermon”la oyunun heyətinə salınmayıb.

Bu gün keçiriləcək PSJ – ” Klermon” matçı saat 19:00-da start götürəcək.