PSJ-də iki itki – Biri 3, digəri 8 həftə olmayacaq

PSJ klubu ciddi itkilərlə üzləşib.

Komanda.az xəbər verir ki, Paris təmsilçisinin futbolçuları Tiaqo Silva və Ander Herrera sıradan çıxıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Fransa Liqa 1-in 26-cı turunun “Bordo” ilə matçında (4:3) zədələnən Silva 3, Herrera isə 6-8 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button