PSJ italiyalı futbolu ilə razılığa gəldi – İllik 10 milyon avro

Fransanın PSJ klubu yarımmüdafiəçisi ilə yeni müqaviləylə bağlı razılığa gəlib.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, Paris təmsilçisi Marko Verratti ilə yeni müqavilə imzalamaq üçün anlaşıb. 2024-cü ilədək nəzərdə tutulan yeni müqaviləyə əsasən, italiyalı futbolçu ilinə 10 milyon avro qazanacaq. Onun hazırkı müqaviləsi 2021-ci ilə qədər nəzərdə tutulmuşdu.

Verratti 2012-ci ildə 12 milyon avro qarşılığında “Peskara”dan transfer olunmuşdu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button