Tuxel onun PSJ-yə keçəcəyinə əmindir

PSJ klubu heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır.

Komanda.az xəbər verir ki, Paris təmsilçisi “Roma”dan Alessandro Florensini heyətinə qatmağa yaxındır. Bu barədə PSJ-nin baş məşqçisi Tomas Tuxel özü açıqlama verib.

İtaliyalı jurnalist Nikola Şkiranın suallarını cavablandıran alman mütəxəssis, Florensinin PSJ-yə qoşulacağını deyib:

“Florensinin klubumuza qatılacağına əminəm. Bundan başqa, Erik Çupo-Motinqin də PSJ-də qalması üçün danışıqlar aparırıq. “Arsenal”dan Matteo Genduzi ilə maraqlandığımız xəbərləri isə yalandır”.

İtaliya milli komandasının və “Roma”nın üzvü olan Florensi PSJ-yə icarə əsasında keçəcək.