Messi Poçettinonun əlini sıxmadı FOTO

PSJ Fransa Liqa-1-in 6-cı turunda “Lion”u məğlub edib – 2:1.

Komanda.az xəbər verir ki, Paris təmsilçisinin yeni transferi Lionel Messi qarşılaşmanın 76-cı dəqiqəsində, hesab 1:1 olarkən Əşrəf Hakimi ilə əvəzlənib.

Meydanı tərk etməsinə görə qəzəbli olan Messi, oyundan çıxarkən komandanın baş məşqçisi Maurisio Poçettinonun əlini sıxmayıb. Argentinalı hücumçu bu hərəkətlə həmyerlisinə etirazını bildirib.