PSJ-dən ispana təklif – İllik 25 milyon avro

“Mançester Yunayted”in yeni müqavilə imzalamaq üçün danışıqlar apardığı qapıçısı David de Xea üçün Fransa klubu hərəkətə keçib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, PSJ, ispan qapıçıya illik məvacibi 25 milyon avro olmaqla, 4 illik müqavilə təklif edib.

28 yaşlı qolkiperin istədiyi məvacibi ödəməsinə baxmayaraq, Paris təmsilçisinin təklifinə müsbət yanaşmadığı bildirilir.

Bu mövsüm “qırmızı şeytanlar”ın heyətində 39 oyunda iştirak edən de Xea, 10 matçda qapısını toxunulmaz saxlamağı bacarıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button