PSJ-də Neymar şoku – ÇL matçını buraxacaq

Fransanın PSJ komandası ciddi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, Paris təmsilçisinin braziliyalı hücumçusu Neymar sıradana çıxıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 29 yaşlı futbolçu Braziliya millisinin düşərgəsindən zədəli qayıdıb. Əzələsində ağrıları olan hücumçunun bərpa müddətinin bir neçə gün davam edəcəyi açıqlanıb.

Neymar zədə səbəbindən UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Almaniyanın “Leyptsiq” komandası ilə oyunda komandasına kömək edə bilməyəcək.

Bu gün keçiriləcək PSJ – “Leyptsiq” matçına Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.